Nyu-Yorkda avtovağzal ərazisində partlayış baş verib, yaralılar var - YENİLƏNİB - VİDEO

Nyu-Yorkda avtovağzal ərazisində partlayış baş verib, yaralılar var - YENİLƏNİB - VİDEO Polis partlayış xəbəri ilə əlaqədar metronun üç hərəkət xəttini evakuasiya edir
Digər ölkələr
101
11 Dekabr , 2017 17:21
Nyu-Yorkda avtovağzal ərazisində partlayış baş verib, yaralılar var - YENİLƏNİB - VİDEO
NBC

Bakı. 11 dekabr. REPORT.AZ/ ABŞ-n Nyu-York şəhərindəki avtovağzal ərazisində partlayış baş verib, yaralılar var.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nyu-York polisindən bildiriblər.

Partlayış Nyu-York şəhərinin Manhetten bölgəsindəki Port Autoriti avtovağzalında baş verib. Port Autoriti ABŞ-ın ən böyük avtovağzalıdır, o, ildə 65 milyondan çox insana xidmət edir.

Faktla bağlı bir şübhəli şəxs saxlanılıb. İlkin məlumatlara görə, bir neçə nəfər yaralanıb, lakin Nyu-York səlahiyyətliləri yalnız bir nəfərin xəsarət aldığını təsdiqləyib. ABŞ KİV-inin yazdığına görə, partlayışı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb, məhz elə o, xəsarət alıb. Başqa bir informasiyaya görə, partladılan əldəqayırma qurğu olub.

CNN-in məlumatına görə, şəhər polisi həmçinin Manhettenin avtobus terminalında 1-2 partlayıcı qurğu aşkar edib.


***17:09

Manhettendə baş verə biləcək partlayış səbəbiylə Nyu-Yorkda üç metro xətti evakuasiya edilib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nyu-York polisindən bildirilib.

Son xəbərlər

Orphus sistemi