Nyu-Yorkda atışma baş verib: ölən və yaralanan var

Nyu-Yorkda atışma baş verib: ölən və yaralanan var Polis çavuşu ölüb, zabit isə ayağından yaralanıb.
Digər ölkələr
5 Noyabr , 2016 03:57
Nyu-Yorkda atışma baş verib: ölən və yaralanan var

Bakı. 4 noyabr. REPORT.AZ/ ABŞ-ın Nyu-York şəhərində soyğunçuluqda şübhəli bilinən şəxslə polis arasında baş vermiş atışmada bir asayiş keşikçisi ölüb, digəri yaralanıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə şəhərin qubernatoru Endryu Kuomo məlumat yayıb.

Onun sözlərinə görə, insident Bronks rayonunda baş verib. Polis o qədər də uzun sürməyən təqibdən sonra şübhəli şəxsin avtomobilini saxlayıb.

Bu zaman cinayətkar asayiş keşikçilərinə atəş açıb. Nəticədə polis çavuşu ölüb, zabit isə ayağından yaralanıb. O, müalicəyə göndərilib.

Polisə atəş açan 35 yaşlı Manuel Rozales olub. O, öldürülüb.

Son xəbərlər

Orphus sistemi