Nyu-Yorkda 11 sentyabr terror aktında dağılmış metro stansiyası istifadəyə verilib

Nyu-Yorkda 11 sentyabr terror aktında dağılmış metro stansiyası istifadəyə verilib Bakı. 9 sentyabr. REPORT.AZ/ Nyu-York metropoliteninin 2001-ci ilin 11 sentyabrında baş vermiş terror aktında dağılmış metro stansiyası 17 il sonra istifadəyə verilib.
Digər ölkələr
9 sentyabr 2018 00:57
Nyu-Yorkda 11 sentyabr terror aktında dağılmış metro stansiyası istifadəyə verilib

Bakı. 9 sentyabr. REPORT.AZ/ Nyu-York metropoliteninin 2001-ci ilin 11 sentyabrında baş vermiş terror aktında dağılmış metro stansiyası 17 il sonra istifadəyə verilib.

Bu barədə "Report" CBS telekanalına istinadən xəbər verir.

"Cortlandt Street" stansiyası Ümumdünya Ticarət Təşkilatının altında yerləşib. Terror aktı zamanı stansiya dağıntılarla dolub. Stansiya indi "WTC Cortland" adlanır.

Bu illər ərzində layihənin hazırlanması xərci 69 milyon dollardan 158 milyon dollara qədər artıb. Digər məlumatlara görə, layihə 181 milyon dollara başa gəlib.

Bərpa edilmiş stansiya ABŞ-ın Müstəqilliyi haqqında və BMT-nin insan haqları deklarasiyalarının mətni yazılmış mozaika ilə bəzədilib. 

Son xəbərlər

Orphus sistemi