Nyu-Yorkda hər gün koronavirusdan təxminən 200 nəfər ölür

Nyu-Yorkda hər gün koronavirusdan təxminən 200 nəfər ölür Cümə günü ABŞ-ın Nyu-York ştatında koronavirusdan 226 insan ölüb.
Digər ölkələr
226
9 May , 2020 20:48
Nyu-Yorkda hər gün koronavirusdan təxminən 200 nəfər ölür

Cümə günü ABŞ-ın Nyu-York ştatında koronavirusdan 226 insan ölüb.

“Report” RİA “Novoti”yə istinadən xəbər verir ki, bu barədə ştatının qubernatoru Endryu Kuomo bildirib.

O, qeyd edib ki, ştatda hər gün koronavirusdan təxminən 200 insan ölür. Xəstəxanalara yerləşdirilənlərin ümumi sayı azalır, daha az insan süni nəfəs aparatlarına qoşulur. “Cümə günü 572 insan xəstəxanaya yerləşdirilib, bundan bir gün əvvəl isə 604 nəfər”, - qubernator deyib.

"226 ölüm. Siz görürsünüz, bu rəqəm dəyişmir - bizdə 226 ölüm beş gün əvvəl də var idi", - Kuomo deyib.

Onun tədqim etdiyi məlumatlara əsasən mayın 7-də 216 insan ölüb, 6 mayda - 231 nəfər, 5 mayda 232 insan koronavirusun qurbanı olub. Bununla yanaşı, 4 mayda - 230 insan, 3 mayda - 226 nəfər, 2 mayda - 280 nəfər pandemiyanın qurbanı olub. Ən pis günlərdə virusdan son sutkada ölənlərin sayı 700-ü ötüb.

Ştatda ümumilikdə 21 045 insan pandemiyanın qurbanı olub. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi