Bakı. 26 yanvar. REPORT.AZ/ Atlantik okeanından ABŞ-ın şimal-şərq sahillərinə güclü qar fırtınası yaxınlaşmaqdadır.
"Report"un məlumatına görə, Nyu-York meri Bill de Blazio bildirib ki, bu, şəhər tarixində ən güclü fırtınalardan biri ola bilər.
O, yerli sakinlərdən evlərindən bayıra çıxmamağı və təbii fəlakətə hazırlaşmalarını xahiş edib.
Hindrometeoroloqlar yaxın günlərdə 60 sm-dək qar yağa biləcəyi barədə xəbərdarlıq ediblər.
Nyu-York və Bostona bəzi aviareyslər artıq indidən təxirə salınıb.