Bakı. 30 sentyabr. REPORT.AZ/ Nyu-Dehli və qonşu Racastan ştatının təhlükəsizlik qüvvələri baş verə biləcək terror hücumları haqqında kəşfiyyat orqanlarının əldə etdikləri məlumatla əlaqədar yüksək hazırlıq vəziyyətinə gətirilib.
"Report" TASS-a istinadən xəbər verir ki, polisin verdiyi məlumata görə, "İslam Dövləti" terror qruplaşması yaraqlıları Hindistanda qarşıdan gələn Divali bayramı zamanı insanların sıx toplaşdığı yerlərdə partlayışlar həyata keçirə bilər. Kəşfiyyat məlumatlarına görə, bu məqsədlə 12-13 yaraqlı Aralıq dənizindən keçərək Qucarat ştatı sahillərinə gəlib, sonra isə Hindistan paytaxtına çatıblar.
Bütün strateji obyektlərdə təhlükəsizlik tədbirləri gücləndirilir. Şəhərdə əməliyyat-axtarış tədbirləri həyata keçirilir.