Nyu-Dehlidə havanın çirklənməsi səbəbindən məktəblər bağlanıb

Nyu-Dehlidə havanın çirklənməsi səbəbindən məktəblər bağlanıb Hindistanın Nyu-Dehli şəhərinin rəhbərliyi havanın çirklənməsi səbəbindən noyabrın 5-dək bütün məktəbləri bağlayıb.
Digər ölkələr
1 Noyabr , 2019 19:24
Nyu-Dehlidə havanın çirklənməsi səbəbindən məktəblər bağlanıb

Hindistanın Nyu-Dehli şəhərinin rəhbərliyi havanın çirklənməsi səbəbindən noyabrın 5-dək bütün məktəbləri bağlayıb.

“Report” “İndia Today”ə istinadən xəbər verir ki, bu barədə şəhər administrasiyasının rəhbəri Arvind Kedjrival “Twitter” səhifəsində açıqlama verib.

“Şəhərdə çirklənmə səviyyəsi məhsulu yığılmış sahələrin yandırılması üzündən artıb. Ona görə də hökumət şəhərdəki bütün məktəblərin noyabrın 5-dək bağlı qalacağı barədə qərar verib”, - A.Kedjrival yazıb.

Ətraf Mühitin Çirklənməsi İdarəsi havanın keyfiyyətini “ifrat+”dan “təhlükəli” səviyyəyə yüksəldiyini, bununla da sağlamlıq üçün fövqəladə vəziyyətin yarandığını açıqlayıb.

Yaranmış vəziyyətlə bağlı hökumət məktəblilərə maska paylayır.

Son xəbərlər

Orphus sistemi