Yuxarı

Nyu Dehli yaxınlığındakı təyyarə qəzasında ölənlərin sayı 10-a çatıb - YENİLƏNİB

Super King təyyarəsinin göyərtəsində 10 nəfər olub

Bakı. 22 dekabr. REPORT.AZ/ Hindistan Sərhəd Qoşunlarına məxsus təyyarənin paytaxt Nyu Dehlidəki hava limanında qəzaya uğraması nəticəsində ölənlərin sayı 10-a çatıb. "Report" xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat verib.

***10:17

Bakı. 22 dekabr. REPORT.AZ/ Hindistan Sərhəd Qoşunlarına məxsus kiçik təyyarənin paytaxt Nyu Dehli hava limanında qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, "Super King" təyyarəsinin göyərtəsində 10 nəfər olub. Qəza təyyarənin yenicə havaya qalxdığı zaman baş verib. Aşağı düşərkən təyyarə divara çırpılıb, sonra texniki su bəndinə düşüb və yanıb.

Qəza yerinə ölkənin daxili işlər naziri Racnath Sinqh də gəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi