NYT: Kaliforniya sakinləri meşə yanğınları barədə məlumatlandırılmayıblar

NYT: Kaliforniya sakinləri meşə yanğınları barədə məlumatlandırılmayıblar Bakı. 22 noyabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının Bütt dairəsi sakinlərinin böyük əksəriyyəti meşə yanğınlarının başlaması barədə vaxtında məlumatlandırılmayıblar.
Digər ölkələr
22 Noyabr , 2018 05:50
NYT: Kaliforniya sakinləri meşə yanğınları barədə məlumatlandırılmayıblar

Bakı. 22 noyabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının Bütt dairəsi sakinlərinin böyük əksəriyyəti meşə yanğınlarının başlaması barədə vaxtında məlumatlandırılmayıblar.

“Report”un "The New York Times" nəşrinə istinadən yaydığı xəbərə görə, ştat sakinləri bildiriblər ki, yanğın barədə onlara zəng vuran qohumları və ya evlərin pəncərələrini döyən qonşuları sayəsində xəbər tutublar.

Qeyd olunur ki, tək-tük adamlara xüsusi xidmət orqanlarının dispetçerləri zəng vurublar.

Qəzet yazır ki, əhalinin məlumatlandırılması barədə qərarı "Qırmızı kod" adlı sistemdən istifadə edən Bütt dairəsi şerifinin ofisi qəbul edib.

Məlumata görə, bu sistem insanların telefon nömrələrinə zəngin köməkliyi ilə meşə yanğınları barədə xəbərdarlıq olunmalarını nəzərdə tutur. Bununla belə bu, yalnız sistemə abunə olanlara aiddir. Belə insanların sayı isə azdır.

Son məlumatlara görə, Kaliforniyada təbiət yanğınları nəticəsində azı 84 nəfər həyatını itirib.

Son xəbərlər

Orphus sistemi