"Nüsra Cəbhəsi" terrorçuları Suriyada 25 dinc sakini qətlə yetiriblər

"Nüsra Cəbhəsi" terrorçuları Suriyada 25 dinc sakini qətlə yetiriblər Öldürülənlər arasında qadınlar və uşaqlar da var
Digər ölkələr
23 Mart , 2017 04:57
Nüsra Cəbhəsi terrorçuları Suriyada 25 dinc sakini qətlə yetiriblər

Bakı. 23 mart. REPORT.AZ/ Suriya ərazisində fəaliyyət göstərən "Nüsra Cəbhəsi" terror qruplaşmasının üzvləri və onların müttəfiqləri Hama şəhərinin şimal qəsəbələrinə hücum ediblər.

"Report" xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik xidmətlərinə istinadən RİA "Novosti" məlumat yayıb.

"Nüsra Cəbhəsi" yaraqlıları Hamanın şimalında yerləşən Məcdal kəndində qırğın törədiblər. 25 dinc sakin qətlə yetirilib, onların arasında qadınlar və uşaqlar da var", - deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi