​"Nüsra cəbhəsi" terrorçuları ağır silahlarla Suriya-Türkiyə sərhədinə cəm olub

​"Nüsra cəbhəsi" terrorçuları ağır silahlarla Suriya-Türkiyə sərhədinə cəm olub Onlar yaşayış məntəqələrini yaylım atəşi sistemlərindən atəşə tutublar
Digər ölkələr
28 İyun , 2016 03:58
​Nüsra cəbhəsi terrorçuları ağır silahlarla Suriya-Türkiyə sərhədinə cəm olub

Bakı. 28 iyun. REPORT.AZ/ Suriyanın Hələb əyalətindəki yaşayış məntəqələrinin sakinləri "Nüsra cəbhəsi" terror qruplaşması üzvlərinin ağır silahlarla Suriya-Türkiyə sərhədinə gəldiklərini xəbər veriblər.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı Barışıq Mərkəzinin informasiya bülletenində bildirilir.

"Hələb əyalətinin Hraytan və Kəfr-Həmra yaşayış məntəqələri sakinlərinin məlumatına görə, "Cəbhət ən-Nüsra" terror qruplaşmasının ağır silahlarla Suriya-Türkiyə sərhədi ərazisinə gəlişi qeydə alınıb", — deyə Rusiya Müdafiə Nazirliyinin saytında dərc olunan mətndə qeyd olunur.

Sənəddə bildirilir ki, "Nüsra cəbhəsi" yaraqlıları yaylım atəşi sistemləri və minaatanlardan Əl-Hader, Kudehi və Xandrat yaşayış məntəqələrini, həmçinin Hələb şəhərində Şeyx-Maksud, Əz-Zaqra və Məddafi təpələri ərazisini atəşə tutublar.

Terrorçular, o cümlədən İdlib əyalətində Fuaa yaşayış məntəqəsini və Dəməşq əyalətində Huteyta əl-Caraş, Hauş-Harabu, Caraş, Şurxun və Blelie yaşayış məntəqələrini və Meyda qəsəbəsi yaxınlığından keçən dəmiryol körpüsünü atəşə məruz qoyublar.

Son xəbərlər

Orphus sistemi