Nursultan Nazarbayevin nəvəsi polisə hücumda ittiham olunur

Nursultan Nazarbayevin nəvəsi polisə hücumda ittiham olunur Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayev Londonun Kral Məhkəməsində polisə hücumda ittiham edilib.
Digər ölkələr
5 İyul , 2019 06:58
Nursultan Nazarbayevin nəvəsi polisə hücumda ittiham olunur

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayev Londonun Kral Məhkəməsində polisə hücumda ittiham edilib.

“Report”un məlumatına görə, bu barədə BBC xəbər verirb.

Məhkəmədə ilkin dinləmələrin gedişatında bildirib ki, 28 yaşlı Aysultan narkotik maddənin təsiri altında polislərə müqavimət göstərib. O, asayiş keşikçisini vurubdişləyib.

Dövlət ittihamçı Qreqor Makkinli bildirib ki, hadisə Londonun mərkəzində mehmanxanalarından birində olub. A.Nazarbayev eyvanda intihar edəcəyi ilə hədələyib.

O, həbs olunub, lakin təqsirini etiraf etməyir.

Nazarbayev bütün iclas boyu heç bir söz deməyib, ancaq prosesdə ona suallar da ünvanlanmayıb.

Daha əvvəl London polisində bildirilib ki, Qazaxıstanın sabiq prezidentinin nəvəsi A.Nazarbayev intihar etmək istəyib.

Son xəbərlər

Orphus sistemi