Nursultan Nazarbayev ona abidə ucaldılmasına razılıq vermədi

Nursultan Nazarbayev ona abidə ucaldılmasına razılıq vermədi Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin mətbuat katibi Aydos Ukibay bildirib ki, keçmiş dövlət başçısı ona respublikada abidə ucaltmaq ideyasını dəstəkləməyib.
Digər ölkələr
127
28 May , 2021 05:37
Nursultan Nazarbayev ona abidə ucaldılmasına razılıq vermədi
Nursultan Nazarbayev

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin mətbuat katibi Aydos Ukibay bildirib ki, keçmiş dövlət başçısı ona respublikada abidə ucaltmaq ideyasını dəstəkləməyib.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” bildirib.

Daha əvvəl Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibinin müavini Bilal Çakıcı abidənin ucaldılması haqqında ideyanı səsləndirib. O, vurğulayıb ki, sabiq dövlət başçısı şəhərin dirçəlişinin təşəbbüskarı olub.

"Elbası (Millətin lideri -red) bir çoxları kimi bu ideyanı dəstəkləmədi. Abidələrin ucaldılması kimi, arxitektura obyektlərinin adının dəyişdirilməsi kimi "hədiyyə"lər onun qətiyyən xoşuna gəlmir, xüsusən əgər bu "hədiyyələr"i yerlərdə məmurlar təşkil edirsə", - Ukibay qeyd edib.

Bundan başqa, mətbuat katibi vurğulayıb ki, Nazarbayev artıq dəfələrlə belə diqqət əlamətlərinin ona lazım olmadığı barədə danışıb.

"Yeganə hadisə onun öz adını yeni layihələrə verməyə razılaşması ilə bağlıdır - bu, universitet və intellektual məktəblərdir”, - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi