Nümayişçilərin İraq parlamentinə hücumu zamanı deputatlar yaralanıb

Nümayişçilərin İraq parlamentinə hücumu zamanı deputatlar yaralanıb Deputat Taləl əz-Zaubai: "Bəzilərin vəziyyəti ağırdır"
Digər ölkələr
30 Aprel , 2016 16:46
Nümayişçilərin İraq parlamentinə hücumu zamanı deputatlar yaralanıb

Bakı. 30 aprel. REPORT.AZ/ İraq lideri Muqtəda əs-Sədrin bir qrup tərəfdaşları Bağdadda parlament binasının "yaşıl zonasına" daxil olub və deputatları mühasirəyə alıb. 

Bu barədə "Report" "Sputnik"ə istinadən xəbər verir. 

Deputatlar ehtiyat çıxışdan qaçmağa məcbur olub, çünki etirazçılar qapıları təcrid edib. Parlament qarşısında təhlükəsizlik orqanları əməkdaşlarının növbətçiliyi gücləndirilib. İraq parlamentinin bəzi deputatları nümayişçilərin hücumu nəticəsində xəsarət alıb. 

"Bəzi deputatların vəziyyəti ağırdır", - deputat Taləl əz-Zaubai bildirib. 

Son xəbərlər

Orphus sistemi