Nuland Bayden-Putin görüşünü Aİ və NATO üzvlərilə müzakirə edəcək

Nuland Bayden-Putin görüşünü Aİ və NATO üzvlərilə müzakirə edəcək ABŞ Dövlət katibinin siyasi işlər üzrə müavini Viktoria Nuland Amerika prezidenti Cozef Baydenlə Rusiya prezidenti Vladimir Putin arasında görüşünü Avropa İttifaqı və NATO rəsmiləri ilə müzakirə edəcək.
Digər ölkələr
17 İyun , 2021 02:23
Nuland Bayden-Putin görüşünü Aİ və NATO üzvlərilə müzakirə edəcək

ABŞ Dövlət katibinin siyasi işlər üzrə müavini Viktoria Nuland Amerika prezidenti Cozef Baydenlə Rusiya prezidenti Vladimir Putin arasında görüşünü Avropa İttifaqı və NATO rəsmiləri ilə müzakirə edəcək.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

Cozef Baydenin başçılıq etdiyi nümayəndə heyətində olan Viktoriya Nuland danışıqların geniş formatında iştirak edib. Onun Avropa İttifaqı və NATO nümayəndələri ilə görüşü 17-18 iyun tarixlərində Brüsseldə baş tutacaq.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Cozef Baydenlə görüşü İsveçrənin Cenevrə şəhərində, La Qranj malikanəsində baş tutub.

Bu, Vladimir Putinlə ABŞ-ın keçmiş prezidenti Donald Tramp arasında 2018-c ildə Finlandiyanın Helsinki şəhərindəki danışıqlardan sonra ilk görüşdür.

Son xəbərlər

Orphus sistemi