Novruz bayramı Rumıniyada qeyd edilib - FOTO

Novruz bayramı Rumıniyada qeyd edilib - FOTO Tədbirdə türkdilli ölkələrin səfirliklərinin hazırladıqları ləziz yeməklər və milli şirniyyatlar təqdim olunub
Digər ölkələr
27 Mart , 2017 02:13
Novruz bayramı Rumıniyada qeyd edilib - FOTO
Foto: "Report"

Buxarest. 27 mart. REPORT.AZ/ Rumıniyanın paytaxtı Buxarest şəhərində bu ölkədə akkreditə olunan türkdilli ölkələrin səfirliklərinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunan tədbir keçrilib.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, mərasimdə çıxış edən Qazaxıstanın Rumıniyadakı səfiri Daulet Batraşev tədbir iştirakçılarına Novruz bayramı münasibətilə təbrik edib, bayramın tarixi barədə qonaqlara məlumat verib.

Bayramın özəlliklərindən danışan səfir Novruzun ruzi-bərəkət, dostluq və birlik rəmzi olduğunu bildirib. Daha sonra tədbir bədii hissə ilə davam edib.

Tədbirin sonunda türkdilli ölkələrin səfirliklərinin hazırladıqları ləziz yeməklər və milli şirniyyatlar təqdim olunub.

Son xəbərlər

Orphus sistemi