Fransanın paytaxtında yerləşən Notr-Dam kilsəsində yanğından sonra ilk ibadət mərasimi iyunun 15-16-da keçiriləcək.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə kilsənin baş keşişi Patrik Şove həftəlik "Famille chretienne"ə bildirib.
"Tarix simvolik seçilib. Bu, kilsənin təqdis edilməsi tarixdir", - P.Şove deyib.
Qeyd edək ki, aprelin 15-də gecə saatlarında Notr-Dam-de-Pari kilsəsinin tarixində ən güclü yanğın baş verib. Nəticədə kilsənin spili (uzun nazik çıxıntı) aşıb. Fransa prezidenti Emmanuel Makron beş ilə Notr-Damı bərpa edəcəyinə söz verib.