Bakı. 29 yanvar. REPORT.AZ/ Norveçin Hərbi Hava Qüvvələrinin (HHQ) rəhbəri vəzifəsinə qadın təyin olunub.
"Report" "The Local" nəşrinə istinadən xəbər verir ki, 49 yaşlı general-mayor Tonye Skinnarland ölkə tarixinə HHQ-nin rəhbəri vəzifələrini icra edəcək ilk qadın kimi düşüb.
O, 2016-cı ilin oktyabr ayında xələfinin vəfatından sonra faktiki olaraq Norveç HHQ-nin rəhbəri vəzifələrini icra edirdi.
Skinnarlandın orduda ümumi iş təcrübəsi 30 ildir.