Norveçin Hərbi Dəniz Qüvvələri Aralıq dənizində 503 miqrantı xilas edib

Norveçin Hərbi Dəniz Qüvvələri Aralıq dənizində 503 miqrantı xilas edib Rezin qayıqların göyərtəsində 358 kişi, 29 qadın və 116 uşaq olub
Digər ölkələr
5 Mart , 2017 23:27
Norveçin Hərbi Dəniz Qüvvələri Aralıq dənizində 503 miqrantı xilas edib

Bakı. 5 mart. REPORT.AZ/ Norveçin Hərbi Dəniz Qüvvələri Aralıq dənizində 503 miqrantı xilas edib.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Hərbçilərin verdiyi məlumata görə, rezin qayıqların göyərtəsində 358 kişi, 29 qadın və 116 uşaq olub. Onların çoxu yaralılar imiş. 

Xilasetmə əməliyyatı zamanı ağır xəstəlikdən əziyyət çəkən 16 yaşlı oğlan vəfat edib. 

Xəbərdə həmçinin qeyd olunur ki, iki nəfər insan alverində şübhəli bilinərək saxlanılıb və İtaliya polisinə təhvil verilib. 

Son xəbərlər

Orphus sistemi