Norveçin baş naziri karantini pozmaqda şübhəli bilinir

Norveçin baş naziri karantini pozmaqda şübhəli bilinir Norveçin Baş naziri Erna Solberqə 60 illiyinə həsr olunmuş tədbirlər zamanı yoluxucu xəstrəliklərlə mübarizəyə dair qanunları pozmaqda şübhəli statusu verilib
Digər ölkələr
23 Mart , 2021 17:57
Norveçin baş naziri karantini pozmaqda şübhəli bilinir

Norveçin Baş naziri Erna Solberqə 60 illiyinə həsr olunmuş tədbirlər zamanı yoluxucu xəstəliklərlə mübarizəyə dair qanunları pozmaqda şübhəli statusu verilib.

“Report” NRK-yə istinadən xəbər verir ki, hökumət başçısı və həyat yoldaşı bununla bağlı sorğu-sual ediləcək. Həmin məsələyə dair təhqiqatın həftə ərzində başa çatacağı bildirilir.

Baş nazir barəsində təhqiqatın başlanması polis tərəfindən martın 19-da açıqlanıb. Mümkün pozuntular barədə ehtimallar KİV xəbərlərindən və baş nazirin öz fikirlərindən əldə edilib. Belə ki, fevral ayında Erna Solberqin ailəsi onun doğum günü münasibətilə iki dəfə 10 nəfərdən çox iştirakçının toplaşdığı məclis keçiribmiş.

Son xəbərlər

Orphus sistemi