Norveçdə restoranda 120 nəfər koronavirusa yoluxub

Norveçdə restoranda 120 nəfər koronavirusa yoluxub Norveçin paytaxtı Oslonun mərkəzindəki restoranda Milad öncəsi təşkil olunan korporativ şənlikdə 120-yə yaxın insan koronavirusa yoluxub.
Digər ölkələr
5 Dekabr , 2021 17:04
Norveçdə restoranda 120 nəfər koronavirusa yoluxub

Norveçin paytaxtı Oslonun mərkəzindəki restoranda Milad öncəsi təşkil olunan korporativ şənlikdə 120-yə yaxın insan koronavirusa yoluxub.

"Report" xəbər verir ki, bu barədə NRK telekanalı məlumat yayıb.

Restoranda olan 70-dən çox yoluxmuş insan "Scatec parti"sində iştirak edib. Onlardan əlavə, eyni vaxtda restoranda iştirak edən korporativ tədbirlərə aidiyyatı olmayan təxminən 45-50 qonaqda infeksiya aşkarlanıb.

Nümunələrin təhlilinə görə, onlardan 13 nəfərində "omikron" ştamı qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi