Norveçdə koronavirusdan ölənlərin sayı artdı

Norveçdə koronavirusdan ölənlərin sayı artdı Norveçdə COVİD-19 virusundan 7 nəfər ölüb.
Digər ölkələr
472
19 Mart , 2020 19:11
Norveçdə koronavirusdan ölənlərin sayı artdı

Norveçdə COVİD-19 virusundan 7 nəfər ölüb.

“Report” NRK-ya istinadən xəbər verir ki, ölənlərdən 4-ü son iki gündə dünyasını dəyişib.

Bu gün səhərə olan məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 522 nəfər, son 24 saat ərzində yoluxanlar isə 127 nəfərdir.

Son bir həftə ərzində ölkədə təhsil müəssisələri bağlıdır, işləyənlərin xeyli qismi məsafəli iş rejiminə keçib. Ekspertlərin fikrincə, bu tədbirlərin səmərəsi gələn həftədən özünü göstərməlidir.

Son xəbərlər

Orphus sistemi