Yuxarı

Pakistandakı helikopter qəzasında Norveç və Filippinin səfirləri həlak olub - YENİLƏNİB

Hadisə Pakistanda baş verib

Bakı. 8 may. REPORT.AZ/ Pakistanda "Mi-17" helikopterinin qəzaya uğraması nəticəsində Norveç və Filippinin bu ölkədəki səfirləri, Malayziya və İndoneziya səfirlərinin xanımları həlak olub. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Pakistan ordusu məlumat yayıb. 

Məlumata görə, qəza nəticəsində pilotlar da daxil olmaqla 6 nəfər ölüb, Polşa və Niderlandın Pakistandakı səfirləri yaralanıblar.

Xəbərdə bildirilib ki, 37 ölkənin təmsilçisi Pakistanın şimalındakı Gilgit-Baltistan bölgəsinə üç helikopterdə uçurmuş. Göyərtəsində 11 sərnişin olan helikopter qəzaya uğrayıb.

İlk xəbər 13:52-də yayılıb

Pakistanda "Mi-17" helikopterinin qəzaya uğraması nəticəsində 4 əcnəbi ölüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli ordu təmsilçiləri bildirib.

"Üç nəfər yaralanıb. Onların vəziyyəti ağırdır", - polis bildirib.

Helikopterin göyərtəsində Pakistanın 6 vətəndaşı olub. Ölənlər arasında Norveç və Filippin diplomatları da var.

Hadisə ilə bağlı əlavə məlumat verilməyib.

Qeyd edək ki, hadisə vaxtı helikopterin göyərtəsində ümumilikdə 11 nəfər olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi