Norveç Ukraynaya yeni yardım paketini elan edib.
“Report” xəbər verir ki, bu barədə Norveç hökumətinin saytında məlumat dərc olunub.
Qeyd edilib ki, Norveç 30 milyon dollar dəyərində olan NASAMS hava hücumundan müdafiə sistemlərini Ukraynaya təhvil verəcək.
Norveçin müdafiə naziri Byorn Arild Qramm söyləyib ki, havadan müdafiə Ukrayna müdafiəsinin həlledici hissəsidir.