Norveç Ukrayna hərbçilərinin Britaniyada keçirilən təlimlərinə qoşulacaq

Norveç Ukrayna hərbçilərinin Britaniyada keçirilən təlimlərinə qoşulacaq Norveç Böyük Britaniyada Ukrayna hərbçiləri üçün genişmiqyaslı təlim proqramına qoşulacaq.
Digər ölkələr
12 Avqust , 2022 05:42
Norveç Ukrayna hərbçilərinin Britaniyada keçirilən təlimlərinə qoşulacaq

Norveç Böyük Britaniyada Ukrayna hərbçiləri üçün genişmiqyaslı təlim proqramına qoşulacaq.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Norveçin müdafiə naziri Bern Aril Qram bildirib.

"Ukrayna qüvvələrinin əlavə təlim və təhsilə ciddi ehtiyacı var. Norveç Britaniyanın Ukrayna hərbçilərinin Böyük Britaniyada təlim keçməsi təşəbbüsünə müsbət yanaşır. Biz də bəzi digər ölkələr kimi təlimatçılarımızı ilkin əsgər hazırlığı üçün göndərəcəyik", - Qram bildirib.

Xatırladaq ki, Ukrayna hərbçilərinin Britaniyada təlim keçməsi proqramı iyunda Kiyevə səfəri zamanı Böyük Britaniyanın baş naziri Boris Conson tərəfindən Ukrayna Prezidenti Vladimir Zelenskiyə təklif edilib. Conson qeyd edib ki, Britaniya hərbçiləri hər 120 gündə 10 minə qədər Ukrayna əsgərinə təlim keçə bilər.

Son xəbərlər

Orphus sistemi