Bakı. 31 yanvar. REPORT.AZ/ Radikal islamçılar, o cümlədən İŞİD terror qruplaşmasının tərəfdarları 2018-ci ildə Norveçdə terror aktları təşkil edə bilər.
"Report" xəbər verir ki, bu barədə TASS, krallıq Polisinin Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.
Polisin məruzəsində bildirilir ki, radikal şəxslər və bir qrup insanlar bu il krallıq üçün ən böyük terror təhlükəsi yaradacaqlar. Xidmətin ehtimallarına görə, terror aktlarının həyata keçirilməsi cəhdləri mümkündür.
Terror aktlarının 1 yaxud 2 nəfərin iştirakı ilə keçiriləcəyi, odlu silahdan, partladıcı qurğudan, nəqliyyat vasitəsindən istifadə ehtimal edilir. Xidmət ötən ilin noyabrında Norveçdə terror aktlarının təhlükəsi səviyyəsini 5 mümkün səviyyədən 3-4-cü kimi aşağı səviyyəli olaraq qeyd edib.