Bakı. 14 sentyabr. REPORT.AZ/ Norveç Xalq Partiyası (NXP) Avropa İttifaqı ölkələrinə üz tutan miqrantların probleminin həlli ilə bağlı təklif irəli sürüb.
"Report" "The Independent" nəşrinə istinadən xəbər verir ki, parlamentarilər miqrantların Arktikaya, Şimal Buzlu okeanda yerləşən Şpitsberqen arxipelaqına göndərilməsini təklif ediblər.
Lakin təklif ictimaiyyət tərəfindən tənqidə məruz qalıb.
Partiya nümayəndəsi Kristian Eykeland sonradan bu təşəbbüsün sadəcə zarafat olduğunu iddia edib.
"Mən öz bəyanatımla bildirmək istəmişəm ki, bizim bu qədər sayda insan qəbul etmək imkanımız yoxdur", – deyə parlamentari söyləyib.
Bununla belə sözügedən təşəbbüs Yaşıllar Partiyası tərəfindən dəstəklənib.