Norveç kralı xəstəxanaya yerləşdirilib

Norveç kralı xəstəxanaya yerləşdirilib Buna səbəb onun infeksiyaya yoluxmasıdır
Digər ölkələr
19 Noyabr , 2017 22:51
Norveç kralı xəstəxanaya yerləşdirilib

Bakı. 19 noyabr. REPORT.AZ/ Norveç kralı V Harald paytaxt Oslonun Kral xəstəxanasına yerləşdirilib.

"Report"un məlumatına görə, bu barədə Krallıq Sarayının mətbuat xidməti xəbər verib.

Xəbərdə billdirilir ki, buna səbəb onun infeksiyaya yoluxmasıdır. Kralın vəziyyəti kafi kimi qiymətləndirilir və sağalmağa doğru gedir. 

Avqustda 80 yaşlı V Harald Norveçin Hankyo adası sahillərində keçirilən yelkənli qayıq idmanı üzrə dünya çempionatında iştirak edib.

Son xəbərlər

Orphus sistemi