Norveç koronavirusun üçüncü dalğası ilə üzləşdiyini elan edib

Norveç koronavirusun üçüncü dalğası ilə üzləşdiyini elan edib Ölkədə pandemiyanın başlanğıcından bəri ilk dəfə yoluxma sayı min nəfəri keçib
Digər ölkələr
17 Mart , 2021 15:01
Norveç koronavirusun üçüncü dalğası ilə üzləşdiyini elan edib

Norveçdə koronavirusa yoluxanların sayındakı artım yenidən antirekord müəyyənləşdirib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə krallığının səhiyyə naziri Bent Höye bildirib.

“Biz üçüncü koronavirus dalğası ilə üz-üzəyik, amma inanıram ki, bunun öhdəsindən də gələ biləcəyik”, - B.Höye deyib.

Qeyd edək ki, son sutka ərzində Norveçdə 1 156 nəfər COVID-19-a yoluxub, bunun da 495 faktı paytaxt Osloda qeydə alınıb.

NRK teleşirkəti qeyd edib ki, pandemiyanın başlanğıcından bəri ilk dəfə yoluxma sayı min nəfəri keçib, bundan əvvəl ən yüksək göstəricilər yanvar ayında qeydə alınıb - 930 nəfər. Ümumilikdə pandemiyanın əvvəlindən bəri 82,4 mindən çox sakin virusa yoluxub.

“Koronavirusun ən yoluxucu ştammının xüsusilə Osloda yoluxma sayında kəskin artıma gətirib çıxardığını görürük. Buna görə də hazırda Oslo, Viken və bəzi bölgələrdə tətbiq edilən sərt tədbirləri bütün ölkə üzrə tətbiq etmək lazımdır”, - nazir söyləyib.

Eyni zamanda ölkənin rəsmiləri əhalinin aşılanmasına xüsusi ümid bəsləyirlər.

Son xəbərlər

Orphus sistemi