Bakı. 1 aprel. REPORT.AZ/ “Normand dördlüyü” (Ukrayna, Rusiya, Fransa və Almaniya) ölkələrinin XİN rəhbərlərinin növbəti görüşü aprel ayında baş tuta bilər. "Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Fransa xarici işlər nazirliyinin nümayəndəsi bildirib.
"Hazırda görüşün dəqiq vaxtını razılaşdırırıq. Bu görüş elə aprel ayının ortalarında keçirilə bilər" - Fransalı diplomat bildirib.
Qeyd edək ki, “Normand dördlüyü” Ukraynanın şərqindəki münaqişənin həlli üçün razılaşmalar əldə etməyə çalışır.