​"Normand dördlüyü"nün növbəti görüşü oktyabrın əvvəlində Parisdə keçiriləcək

​"Normand dördlüyü"nün növbəti görüşü oktyabrın əvvəlində Parisdə keçiriləcək "Dördlük" ölkələri liderləri XİN rəhbərlərinə sentyabrın 12-də Berlində görüşmək tapşırığı veriblər
Digər ölkələr
10 Sentyabr , 2015 01:40
​Normand dördlüyünün növbəti görüşü oktyabrın əvvəlində Parisdə keçiriləcək

Bakı. 10 sentyabr. REPORT.AZ/ "Normand dördlüyü" (Fransa, Almaniya, Rusiya və Ukrayna) liderlərinin görüşü oktyabrın əvvəlində Parisdə keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə çərşənbə günü dörd ölkə liderinin telefon söhbətindən sonra Yelisey Sarayı məlumat yayıb.

"Fransua Olland, Angela Merkel, Vladimir Putin və Pyotr Poroşenko telefon söhbəti zamanı Donbasda atəşkəs rejiminə tam riayət olunduğu qənaətinə gəliblər", - deyə məlumatda qeyd olunub.

"Dördlük" ölkələrinin liderləri telefon danışığının nəticəsi olaraq öz ölkələrinin xarici işlər nazirlərinə sentyabrın 12-də Berlində görüş keçirmək tapşırığı veriblər.

Son xəbərlər

Orphus sistemi