​Norman Atlantic faciəsi: 38 nəfər itkin düşüb

​Norman Atlantic faciəsi: 38 nəfər itkin düşüb Hazırda xilasedicilər bərənin içərisində axtarış aparırlar
Digər ölkələr
29 Dekabr , 2014 23:45
​Norman Atlantic faciəsi: 38 nəfər itkin düşüb

Bakı. 29 dekabr. REPORT.AZ/ İlkin məlumata görə, Norman Atlantic bərəsində baş verən yanğın nəticəsində 38 nəfər itkin düşüb. Bubarədə Yunanıstanın sahil mühafizə xidməti məlumat yayıb.

“Report” AzərTAc-a istinadən xəbər verir ki, İtaliya hakimiyyət orqanlarının məlumatına görə 478 sərnişin və heyət üzvündən 433-ü xilas edilib, 8 nəfərin cəsədi tapılıb. Hələlik 38 nəfərin taleyi məlum deyil.

Hazırda xilasedicilər bərənin içərisində axtarış aparırlar. Yunanıstan liman xidmətinin qərargahı İtaliyanın hökumət dairələrinə axtarışları gücləndirmək üçün xilasedicilərin xüsusi qrupunun göndərilməsini təklif edib.

Son xəbərlər

Orphus sistemi