Nobel mükafatı laureatı ikinci dəfə koronavirusa yoluxub

Nobel mükafatı laureatı ikinci dəfə koronavirusa yoluxub Nobel Sülh Mükafatı laureatı, Finlandiyanın keçmiş prezidenti Martti Ahtisaari yenidən koronavirusa yoluxub.
Digər ölkələr
30 dekabr 2021 02:17
Nobel mükafatı laureatı ikinci dəfə koronavirusa yoluxub

Nobel Sülh Mükafatı laureatı, Finlandiyanın keçmiş prezidenti Martti Ahtisaari yenidən koronavirusa yoluxub.

“Report” xəbər verir ki, bu barədə siyasətçinin ofisi məlumat yayıb.

Məlumata görə, Ahtisaarinin vəziyyəti yaxşıdır, xəstəxanada müalicəsini davam etdirir.

Qeyd edək ki, bu ilin mart ayında onun koronavirus üçün verdiyi testin cavabı müsbət olub.

84 yaşlı Ahtisaari diplomatik xidmətə qoşulmazdan əvvəl ibtidai sinif müəllimi olub. O, Finlandiya hökumətində və BMT-də diplomat və sülh vasitəçisi kimi çalışıb. 2008-ci ildə o, beynəlxalq münaqişələrin həllində fəaliyyətinə görə Nobel Sülh Mükafatını alıb.

Son xəbərlər

Orphus sistemi