Nitsada naməlum şəxs insanlara bıçaqla hücum edib

Nitsada naməlum şəxs insanlara bıçaqla hücum edib Fransanın Nitsa şəhərində bıçaqla silahlanmış naməlum şəxsin hücumu nəticəsində bir nəfər ölüb, bir neçəsi yaralanıb.
Digər ölkələr
1457
29 Oktyabr , 2020 13:39
Nitsada naməlum şəxs insanlara bıçaqla hücum edib

Fransanın Nitsa şəhərində bıçaqla silahlanmış naməlum şəxsin hücumu nəticəsində bir nəfər ölüb, bir neçəsi yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat verib.

Hadisə səhər saatlarında Notr Dam kilsəsi yaxınlığında baş verib.

Nitsa meri Kristian Estrozi tvitter səhifəsində hücum edən şəxsin saxlanıldığını yazıb və operativ hərəkətləri üçün polis əməkdaşlarına minnətdarlığını bildirib.

Fransanın daxili işlər naziri Jerald Darmanen hadisə ilə əlaqədar olaraq DİN-də böhran qərargahı yaradıldığını bildirib.

Son xəbərlər

Orphus sistemi