“Nissan” İspaniyadakı minlərlə əməkdaşını işdən çıxardı

“Nissan” İspaniyadakı minlərlə əməkdaşını işdən çıxardı Yaponiyanın “Nissan” avtomobil şirkəti koronavirusa görə İspaniyadakı zavodunun 3 min əməkdaşını müvəqqəti olaraq işdən çıxarıb.
Digər ölkələr
22 Mart , 2020 06:56
“Nissan” İspaniyadakı minlərlə əməkdaşını işdən çıxardı

Yaponiyanın “Nissan” avtomobil şirkəti koronavirusa görə İspaniyadakı zavodunun 3 min əməkdaşını müvəqqəti olaraq işdən çıxarıb.

“Report” xəbər verir ki, bu barədə “Kiodo” agentliyi bildirib.

Qeyd edilir ki, Barselonadakı zavod martın 13-də işini dayandırıb. Həmçinin konsernin İngiltərədəki zavodunun da işi hələlik qeyri-müəyyən vaxta dayandırılıb.

İspaniyada COVID-19 infeksiyasına yoluxanların sayı 25 min nəfərə çatıb. Ölkədə 1 326 nəfər pandemiyanın qurbanı olub.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib. Dünyada artıq 266 mindən çox insan koronavirusa yoluxub, 11 mindən çox insan virusun qurbanı olub. 

Son xəbərlər

Orphus sistemi