Nikolas Maduro Trampdan Venesueladan əl çəkməyi xahiş edib

Nikolas Maduro Trampdan Venesueladan əl çəkməyi xahiş edib "Əlini burdan çək Tramp! Get evinə, Venesuela özünə hörmət edir" – deyə Maduro bildirib
Digər ölkələr
20 May , 2017 08:26
Nikolas Maduro Trampdan Venesueladan əl çəkməyi xahiş edib
Foto: Vladtime.ru

Bakı. 20 may. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro ABŞ prezidenti Donald Trampdan ölkəsinin işlərinə qarışmamağı xahiş edib.

"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər verib.

Xəbərdə bildirilir ki, Venesuela lideri Ağ Ev rəhbərinin ünvanına ittihamlar səsləndirib. "Əlini burdan çək Donald Tramp! Get evinə, Venesuela özünə hörmət edir" – deyə Nikolas Maduro bəyan edib.

Qeyd edək ki, Venesuelada arrtır bir neçə həftədir etiraz aksiyaları keçirilir. Aksiyalar zamanı xeyli insan xəsarət alıb və öldürülüb. ABŞ prezidenti Qərb ölkələri ilə birlikdə Venesuelada vəziyyəti yaxşılaşdırmağa söz verib.

Bundan əvvəl isə Nikolas Maduro Rusiya prezidenti Vladimir Putinlə ölkədəki böhranı müzakirə edib. 

Son xəbərlər

Orphus sistemi