Nikolas Maduro Venesuelanın ABŞ-ın müdaxiləsinə hazır olduğunu bildirib

Nikolas Maduro Venesuelanın ABŞ-ın müdaxiləsinə hazır olduğunu bildirib Venesuela Prezidenti Nikolas Maduro bildirib ki, əgər ABŞ hücum etsə, ölkə əlindəki silahla özünü müdafiə edəcək.
Digər ölkələr
5 May , 2019 12:31
Nikolas Maduro Venesuelanın ABŞ-ın müdaxiləsinə hazır olduğunu bildirib

Venesuela Prezidenti Nikolas Maduro bildirib ki, əgər ABŞ hücum etsə, ölkə əlindəki silahla özünü müdafiə edəcək.

"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə o, özünün "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, Venesuelanın Hərbi Qüvvələri ABŞ-ın hərbi müdaxiləsinə hazır olmalıdır, çünki ölkə "köməksiz deyil".

Dövlət başçısı bildirib ki, Venesuela güclü orduya malik ölkədir... "Əgər Şimali Amerika imperiyası bir dəfə bu torpağa qəsd etməyə cürət etsə, (ölkə - red) əlində silahla bu müqəddəs torpağı müdafiə edəcək", - deyə o bildirib. 

Son xəbərlər

Orphus sistemi