Nikola Stercen: "Şotlandiya müstəqil olacaq"

Nikola Stercen: "Şotlandiya müstəqil olacaq" "Müstəqillik haqqında yeni referendum əvvəlki ilə eyni əsasda keçirilməlidir"
Digər ölkələr
6 Aprel , 2017 10:23
Nikola Stercen: Şotlandiya müstəqil olacaq

Bakı. 6 aprel. REPORT.AZ/ Şotlandiya müstəqil dövlət olacaq. "Report" "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə Şotlandiyanın birinci naziri Nikola Stercen bildirib.

"Həyatda olduğum dövrdə Şotlandiyanın müstəqil dövlət olacağına və dünyanın digər ölkələri ilə yanaşı, BMT-də öz yerini alacağına əminəm", - o deyib. Onun sözlərinə görə, müstəqillik haqqında yeni referendum əvvəlki ilə eyni əsasda keçirilməlidir.

Eyni zamanda, siyasətçi hətta Böyük Britaniyadan ayrıldıqdan sonra belə Şotlandiya və İngiltərənin sərbəst ticarəti saxlamasının zəruri olduğunu vurğulayıb. "Şotlandiya və İngiltərə həmişə bir-biri ilə sərbəst ticarət aparmalıdır. Bu hər iki tərəf üçün sərfəlidir. Amma bunu ümumi bazar çərçivəsi ilə yanaşı istəyirəm. Çünki bu, Şotlandiyanın maraqları üçün çox əhəmiyyətlidir", - deyə N.Stercen vurğulayıb.

Son xəbərlər

Orphus sistemi