Nikola Sarkozi məhkəməyə zorla gətirilə bilər

Nikola Sarkozi məhkəməyə zorla gətirilə bilər Fransanın keçmiş prezidneti Nikola Sarkozi zorla məhkəməyə gətirilə bilər.
Digər ölkələr
20 Oktyabr , 2021 05:37
Nikola Sarkozi məhkəməyə zorla gətirilə bilər
Nikola Sarkozi

Fransanın keçmiş prezidenti Nikola Sarkozi zorla məhkəməyə gətirilə bilər.

"Report" xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.

Belə ki, məhkəmə Fransanın keçmiş prezidenti Nikola Sarkozini sorğu işində şahid qismində dindirməyə çağırıb. Sorğu noyabrın 2-nə təyin edilib. Məhkəmə qərarında deyilir ki, şahid Sarkozi məhkəmə iclasına hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən gətirilməlidir. Bu qərara isə keçmiş prezidentin vəkillərinin sabiq dövlət başçısının iclasda iştirakdan imtina etdiyini söylədikdən sonra gəlinib.

Sarkozi araşdırılan hərəkətlər zamanı toxunulmazlığı olduğu üçün məhkəmə iclaslarında iştirak edə bilməyəcəyindən əmindir.

Məhkəmə prezident administrasiyası üçün rəy sorğularının aparılmasına dair müqavilələr bağlanarkən qaydaların pozulmasını araşdırır. Sarkozidən başqa, keçmiş daxili işlər naziri və Yelisey Sarayının baş katibi də məhkəməyə çağırılıb.

Son xəbərlər

Orphus sistemi