Nikki Heyli: "ABŞ BMT-nin qətnamələrinə baxmayaraq, Qüdsdə səfirlik açacaq"

Nikki Heyli: "ABŞ BMT-nin qətnamələrinə baxmayaraq, Qüdsdə səfirlik açacaq" "BMT-dəki heç bir səsvermə buna təsir edə bilməz"
Digər ölkələr
21 Dekabr , 2017 20:52
Nikki Heyli: ABŞ BMT-nin qətnamələrinə baxmayaraq, Qüdsdə səfirlik açacaq

Bakı. 21 dekabr. REPORT.AZ/ "ABŞ BMT-nin qətnamələrinə baxmayaraq, Qüdsdə səfirlik açacaq".

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli BMT-nin Baş Assambleyasında səsvermədən əvvəl deyib.

"ABŞ Qüdsdə səfirliyini yerləşdirəcək. Bunu bizdən Amerika xalqı istəyir və doğru addımdır. BMT-dəki heç bir səsvermə buna təsir edə bilməz", - N.Heyli bildirib. 

Son xəbərlər

Orphus sistemi