Nikaraquadakı etirazlar zamanı daha 5 nəfər öldürülüb

Nikaraquadakı etirazlar zamanı daha 5 nəfər öldürülüb Bakı. 24 iyun. REPORT.AZ/ Nikaraquanın paytaxtı Manaquada polisin və hökumət tərəfdarları olan silahlı dəstələrin etirazçılara hücumu zamanı azı 5 nəfər öldürülüb.
Digər ölkələr
23 iyun 2018 23:53
Nikaraquadakı etirazlar zamanı daha 5 nəfər öldürülüb

Bakı. 24 iyun. REPORT.AZ/ Nikaraquanın paytaxtı Manaquada polisin və hökumət tərəfdarları olan silahlı dəstələrin etirazçılara hücumu zamanı azı 5 nəfər öldürülüb.

"Report" xəbər verir ki, bu barədə "Jornada" portalı məlumat yayıb.

Bildirilir ki, hadisə milli muxtariyyətə malik Nikaraqua universitetinin ərazisində, hökumətyönlü qüvvələrin şəhərin universitetin yaxınlığındakı 5 rayonuna soxulması zamanı, yerli sakinlərin qurduqları barrikadaları sökmək istəyən zamanı baş verib.

Azyaşlı uşaq təsadüfən anasının qucağında öldürülüb. Şahidlərin sözlərinə görə, polisin atdığı güllə ona dəyib. Qarşıdurmalar zamanı daha 15 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi