​Nikaraqua türmələrində yer sayını azaltmaq üçün 8 min dustaq azad edilib

​Nikaraqua türmələrində yer sayını azaltmaq üçün 8 min dustaq azad edilib Ölkədə məhbus sayı həbsxanalardakı yerlərin sayından iki dəfə çoxdur
Digər ölkələr
23 Fevral , 2016 06:46
​Nikaraqua türmələrində yer sayını azaltmaq üçün 8 min dustaq azad edilib

Bakı. 23 fevral. REPORT.AZ/ Nikaraquada 8 mindən çox məhbus dolmuş türmələrin boşaldılması məqsədi ilə azadlığa buraxılıb.

"Report" xəbər verir ki, bu barədə hökumətə istinadən "Frans Press" məlumat yayıb.

Məlumata görə, 5 ilədək həbs müddəti olan 8 min 149 dustaq azadlığa buraxılıb. Bundan əlavə, 94 əcnəbi cəzasının qalan hissəsini öz vətənində çəkmək üçün ölkədən göndərilib.

Vaxtından tez azad edilmə prosesi 2014-cü ildən başlayıb və bu günə qədər davam edib. Hazırda Nikaraqua türmələrində nə qədər dustağın olduğu açıqlanmır. Bununla belə, ötən il ölkənin penitensiar müəssisələrində 10,5 min dustağın olduğu bildirilir ki, bu da Nikaraqua türmələrinin tutumundan iki dəfə çoxdur.

Son xəbərlər

Orphus sistemi