Bu gün Nikaraquada prezident və parlament seçkiləri keçiriləcək

Bu gün Nikaraquada prezident və parlament seçkiləri keçiriləcək Bu gün Nikaraquada keçiriləcək prezident və parlament seçkilərində iştirak etmək üçün 4,5 milyondan çox insan dəvət olunub.
Digər ölkələr
7 Noyabr , 2021 08:53
Bu gün Nikaraquada prezident və parlament seçkiləri keçiriləcək

Bu gün Nikaraquada keçiriləcək prezident və parlament seçkilərində iştirak etmək üçün 4,5 milyondan çox insan dəvət olunub.

"Report" TASS-a istinadən xəbər verir ki, onlar prezidenti və vitse-prezident, birpalatalı Milli Assambleyanı və Mərkəzi Amerika parlamentinin deputatlarını seçəcəklər.

Səsvermə yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə saat 17:00) başlayacaq və koronavirusa yoluxma hallarının qarşısının alınması üçün tədbirlərə ciddi riayət olunmaqla keçiriləcək. Hakimiyyət xalqın iradə ifadəsinin təhlükəsizliyini təmin etmək üçün təxminən 15 min hərbçidən istifadə edəcək, səsvermələrin gedişini 200-dən çox xarici müşahidəçi izləyəcək.

Seçkilər saat 18:00-da (Bakı vaxtı ilə bazar ertəsi saat 04:00) başa çatacaq. Seçilmiş prezident gələn il yanvarın 10-da beş illik səlahiyyətlərinin icrasına başlayacaq.

Oktyabrın ortalarında keçirilən sorğuya əsasən, seçicilərin təxminən 75%-i beşinci müddətə namizədliyini irəli sürən hazırkı Prezident Daniel Orteqanı və onun namizədliyini irəli sürmüş Sandinist Milli Azadlıq Cəbhəsi Partiyasını dəstəkləmək niyyətindədir.

Dövlət başçısı və yenidən vitse-prezident postuna namizədliyini irəli sürən həyat yoldaşı Rosario Murilyo seçkilərdə beş nəfərlə mübarizə aparacaqlar. Onlardan ən məşhurları Liberal Konstitusiya Partiyasının nümayəndəsi Uolter Espinosa və Nikaraquanın Xristian Yolu Partiyasının lideri Gilyermo Osornodur. Sonuncu 1996-cı ildə keçirilən prezident seçkilərində iştirak edərək səmi 4,1% səs toplayıb.

Son xəbərlər

Orphus sistemi