Nikaraquada iğtişaşlar zamanı 3 nəfər ölüb

Nikaraquada iğtişaşlar zamanı 3 nəfər ölüb Etirazçılar güllə yaralarından keçiniblər
Digər ölkələr
12 May , 2018 04:39
Nikaraquada iğtişaşlar zamanı 3 nəfər ölüb

Bakı. 12 may. REPORT.AZ/ Nikaraquada polislə etirazçılar arasında yeni toqquşma dalğası daha 3 nəfərin ölümü ilə nəticələnib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə cümə günü "Univision" kanalı məlumat yayıb.

Bildirilir ki, 18 və 35 yaşlarında iki nəfər polisin Daniel Orteqa hökumətinə qarşı etirazların davam etdiyi iki Manaqua universiteti binasına hücumu nəticəsində həyatını itirib. Onların ölümünə aldıqları güllə yaraları səbəb olub. Daha bir 55 yaşlı kişi isə aldığı güllə yarasından xəstəxanada keçinib.

Etiraz aksiyaları aprelin 18-dən hökumətin təqaüdlə bağlı təklif etdiyi islahatlar fonunda keçirilməyə başlanıb. Prezident Orteqa islahatları artıq dayandırıb.

Son xəbərlər

Orphus sistemi