Nikaraquada etirazlar zamanı ölənlərin sayı 135 nəfərə çatıb

Nikaraquada etirazlar zamanı ölənlərin sayı 135 nəfərə çatıb Bakı. 8 iyun. REPORT.AZ/ Nikaraquada etiraz aksiyaları zamanı ölənlərin sayı 135 nəfərə çatıb.
Digər ölkələr
8 İyun , 2018 23:21
Nikaraquada etirazlar zamanı ölənlərin sayı 135 nəfərə çatıb

Bakı. 8 iyun. REPORT.AZ/ Nikaraquada etiraz aksiyaları zamanı ölənlərin sayı 135 nəfərə çatıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Prensa Libre" ölkənin İnsan Haqları Mərkəzinə istinadən məlumat yayıb.

Daha əvvəl İnsan Haqları üzrə Mərkəzi aksiyalar zamanı ölənlərin sayının 127 nəfər olduğunu bildirib. Cümə axşamı prezident Daniel Orteqa Yepiskop Konfransının üzvləri ilə görüşərək, onların ölkənin demokratikləşməsi ilə bağlı təklifləri barədə düşünmək üçün 2 gün vaxt istəyib. 

Nikaraquada aksiyalar aprelin 18-dən – ölkə hakimiyyətinin əmək sahəsindəki islahatları ilə bağlı təkliflərinə etiraz əlaməti olaraq keçirilir. Prezident Orteqa artıq təklifləri ləğv edib.

Son xəbərlər

Orphus sistemi