Nikaraquada etiraz aksiyaları zamanı ölənlərin sayı 285 nəfərə çatıb

Nikaraquada etiraz aksiyaları zamanı ölənlərin sayı 285 nəfərə çatıb Bakı. 27 iyun. REPORT.AZ/ Nikaraquada hökumət əleyhinə keçirilən kütləvi etiraz aksiyaları zamanı ölənlərin sayı 285 nəfərə çatıb
Digər ölkələr
27 İyun , 2018 04:51
Nikaraquada etiraz aksiyaları zamanı ölənlərin sayı 285 nəfərə çatıb

Bakı. 27 iyun. REPORT.AZ/ Nikaraquada hökumət əleyhinə keçirilən kütləvi etiraz aksiyaları zamanı ölənlərin sayı 285 nəfərə çatıb

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin İnsan Hüquqları üzrə Assosiasiyası məlumat yayıb.

"Prensa" portalının assosiasiyanın icraçı katibi Alvaro Leyvuya istinadən yaydığı xəbərlərdə bildirilir ki, monitorinqin nəticələrinə görə, aprelin 19-dan 285 nəfər öldürülüb. Daha əvvəl aksiyalar zamanı 220 nəfərin həlak olduğu bildirilirdi.

Qeyd edək ki, Nikaraquada kütləvi aksiyalar hakimiyyət orqanlarının təklif etdiyi sığorta sahəsindəki dəyişikliklərə etiraz əlaməti olaraq keçirilir.

Ölkənin prezidenti Daniel Orteqa artıq qanuna əlavə və dəyişiklikləri ləğv edib. Lakin kütləvi aksiyalar hələ də davam edir. 

Son xəbərlər

Orphus sistemi