Yuxarı
    Bağlamaq

    Nikaraquada baş vermiş zəlzələ zamanı 1 nəfər ölüb, 11 nəfər xəsarət alıb - YENİLƏNİB

    Təbii fəlakət zamanı ölən şəxs qadındır

    Bakı. 29 sentyabr. REPORT.AZ/ Nikaraquada baş vermiş güclü zəlzələ nəticəsində 1 nəfər həlak olub.

    "Report" "La Prensa" portalına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ölkə hökumətinin rəsmisi Rosario Murilyo xəbər verib. 

    Məlumata görə, təbii fəlakət zamanı ölən şəxs qadındır. O, Naqarore şəhərində yeraltı təkanlar zamanı dünyasını dəyişib. 

    Təbii fəlakət zamanı həmçinin Leon departamentində 11 nəfər xəsarət alıb.


    ***22:21

    Nikaraquada 5,9 bal gücündə zəlzələ baş verib.

    "Report" xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi Nikaraquanın yerli dövlət orqanlarına istinadən məlumat yayıb.

    Hökumət rəsmisi Rosario Murilyonun sözlərinə görə, zəlzələnin episentri Momotombo portundan 6 kilometr şimalda qeydə alınıb.

    Hələlik tələfat və dağıntı barəsində məlumat yoxdur.

    Yeraltı təkanlar müxtəlif ərazilərdə qeydə alınıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi