Yuxarı
    Bağlamaq

    ​Nigeriyanın şimalında baş verən partlayış qurbanlarının sayı 25-ə çatıb

    32 nəfər müxtəlif dərəcəli xəsarət alıb

    Bakı. 7 iyul. REPORT.AZ/ Nigeriyanın şimalında baş verən partlayış nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb. 32 insan müxtəlif dərəcəli xəsarət alıb. Bu barədə "Report" AFP agentliyinə istinadən məlumat verir.

    Partlayış bu gün Nigeriyanın şimalındakı Kaduna ştatının Zaria şəhərində baş verib. Hadisəyə görə məsuliyyəti hələ heç bir terror qruplaşması üzərinə götürməyib.

    Qeyd edək ki, bir qədər əvvəl 20 nəfərin öldüyü barədə məlumat verilirdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi