Yuxarı

​Nigeriyanın cənubunda 83 separatçı saxlanılıb

Onlar cəmiyyətdə xaos yaratmaq və çaxnaşma salmaqda ittiham olunurlar

Bakı. 7 noyabr. REPORT.AZ/ Nigeriya polisi Biafranın ayrılması naminə separatçı hərəkatın 83 üzvünü həbs edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu, onların lideri Nnamdi Kanunun saxlanılmasına qarşı keçirilən etiraz aksiyası zamanı baş verib.

Asayiş keşikçiləri Nigeriyanın cənubunda yerləşən Bayels ştatının paytaxtı Yenaqoa şəhərində 78 kişi və 5 qadını saxlayıblar. Onlar cəmiyyətdə "xaos yaratmaq və çaxnaşma salmaq" kimi cəhdlərdə ittiham olunurlar.

Polis ən azı daha dörd rayonda nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi