Nigeriyada​ zəhərli su 28 uşağın ölümünə səbəb olub

Nigeriyada​ zəhərli su 28 uşağın ölümünə səbəb olub Nazir: "Uşaqların qanında müəyyən olunan qurğuşunun miqdarı normanı 17-22 dəfə üstələyib"
Digər ölkələr
15 May , 2015 20:12
Nigeriyada​ zəhərli su 28 uşağın ölümünə səbəb olub

Bakı. 15 may. REPORT.AZ/ Nigeriyada bir ay ərzində 28 nəfər beş yaşadək uşaq tərkibində qurguşun olan sudan zəhərlənərək ölüb. Bu barədə ölkənin səhiyyə naziri Aidelis Nvankvo bildirib.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, aprel ayı ərzində ölkənin mərkəzi hissəsində yerləşən Niger ştatında tərkibində qurğuşun olan sudan 65 uşaq zəhərlənib, onların 28-i həlak olub.

"Uşaqların qanında tapılan qurğuşunun miqdarı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi normanı 17-22 dəfə üstələyib", - A.Nvankvo bildirib.

Yerli hakimiyyətin fikrincə, suyun zərərli maddə ilə zəhərlənməsi qızılın çıxarılması üçün aparılan qeyri-qanuni işlər nəticəsində də baş verə bilər.

Məlumata görə, buna oxşar hadisə 2010-cu ildə Nigeriyanın şimal-qərbində yerləşən Zamfara ştatında baş vermişdi. O vaxt toksinlərlə zəhərlənmə nəticəsində 163 nəfər dünyasını dəyişmişdi.  

Son xəbərlər

Orphus sistemi